Sumqayıtda mağazadan qızıl əşyası oğurlayan qadın tutulub

Sumqayıtda mağazadan qızıl əşyası oğurlayan qadın tutulub S.Rüstəmova Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb
Hadisə
8 Oktyabr , 2014 13:41
Sumqayıtda mağazadan qızıl əşyası oğurlayan qadın tutulub
Bakı. 8 oktyabr. REPORT.AZ/ Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları mağazadan qızıl əşyası oğurlamış qadını tutub.

Bu barədə “Report” Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verib.

Belə ki, Sumqayıt şəhəri 32-ci məhəllənin ərazisində yerləşən ticarət mərkəzində şəhər sakini Samirə Rüstəmova Qəhrəman Ağayevə məxsus mağazadan qızıl əşyası oğurlayıb.

S.Rüstəmova Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi