Sumqayıtdan Saray qəsəbəsinə gedən avtobusların hərəkəti dayandırılıb

Sumqayıtdan Saray qəsəbəsinə gedən avtobusların hərəkəti dayandırılıb Sumqayıt. 24 aprel. REPORT.AZ/ Sumqayıt şəhərinin Saray qəsəbəsindən şəhər mərkəzinə və əks istiqamətə işləyən avtobusların hərəkətinə məhdudiyyət qoyulub.
Hadisə
24 Aprel , 2018 12:54
Sumqayıtdan Saray qəsəbəsinə gedən avtobusların hərəkəti dayandırılıb
Report

Sumqayıt. 24 aprel. REPORT.AZ/ Sumqayıt şəhərinin Saray qəsəbəsindən şəhər mərkəzinə və əks istiqamətə işləyən avtobusların hərəkətinə məhdudiyyət qoyulub.

"Report"un yerli bürosu xəbər verir ki, Saraydan Sumqayıta gedən yolda bütün marşrutlar saxlanılıb.

Yerli sakinlərin sözlərinə görə, "Sumqayıt Nəqliyyatı" MMC-nin qərarına əsasən, həmin istiqamətdə sərnişindaşıma ilə məşğul olan bütün avtobusların hərəkəti dayandırılıb. Bunun nəticəsində sakinlər bir neçə kilometr məsəfəni piyada getmək məcburiyyətində qalıblar. Sakinlər yaranmış vəziyyətə etiraz ediblər. 

Sürücülər bildirib ki, marşrutların şəhərə buraxılmamasına səbəb "Sumqayıt Nəqliyyat" MMC tərəfindən müəyyənləşdirilən vəsaitin vaxtında ödənilməməsidir. 

Sumqayıt Şəhər İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, hazırda şəhərdə nəqliyyat infrastrukturu yenidən qurulur: "İstər şəhərdaxili, istərsə də Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən avtobuslar yeni müasir sərnişin avtobusları ilə əvəz olunur. Son vaxtlar Sumqayıt şəhərinə Türkiyə istehsalı olan 145 ədəd müasir sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb. Bundan əlavə, Bakı-Sumqayıt marşrutu üzrə Saray qəsəbəsindən keçməklə sərnişinlərə xidmət göstərən daşıyıcılara xidmətin Bakı Beynəlxalq Avtovağzalından Sumqayıt şəhər avtovağzalınadək həyata keçirildiyi barədə xəbərdarlıq edilib. Bu baxımdan, sürücülərin səsləndirdikləri iddialar əsassızdır. Hazırda Bakı-Sumqayıt marşrutu üzrə Saray qəsəbəsindən keçməklə sərnişinlərə xidmət göstərən avtobuslar mövcuddur". 

Son xəbərlər

Orphus sistemi