Sumqayıtda zəncirvari qəza olub

Sumqayıtda zəncirvari qəza olub Sumqayıt şəhərində üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 May , 2020 00:40
Sumqayıtda zəncirvari qəza olub

Sumqayıt şəhərində üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, yol qəzası şəhərin Sülh küçəsində qeydə alınıb.

Belə ki, 90-TX-602 dövlət nömrə nişanlı “Peugeot” markalı avtomobil 50-CE-281 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili arxadan vurub, sonuncu isə qarşısında dayanan 50-DM-867 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da hər üç avtomobilə ziyan dəyib.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi