Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsinin inzibati binasındakı yanğın söndürülüb - YENİLƏNİB

Hadisə
  • 28 oktyabr, 2023
  • 16:51
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsinin inzibati binasındakı yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıtda Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsinin inzibati binasındakı yanğın söndürülüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 30 kv.m-lik ərazi yanıb.

Qeyd edək ki, yanğın inzibati binanın ikinci mərtəbəsində paltardəyişmə otağında başlayıb.

Hadisə zamanı mühafizəçi Xəqani Məmmədov tüstüdən zəhərlənib. Ona yerində ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

20:29

Sumqayıtda köhnə düymə zavodunun binasında yanğın başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, yanğın zamanı şəhər sakini Xəqani Məmmədov huşunu itirib, ona ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti