Sumqayıtda yük avtomobilinin vurduğu qadın xəstəxanada ölüb - YENİLƏNİB

Sumqayıtda yük avtomobilinin vurduğu qadın xəstəxanada ölüb - YENİLƏNİB Sumqayıt. 20 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində yük avtomobilin vurduğu qadın piyada xəstəxanada ölüb.
Hadisə
20 Sentyabr , 2018 12:22
Sumqayıtda yük avtomobilinin vurduğu qadın xəstəxanada ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

Sumqayıt. 20 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində yük avtomobilin vurduğu qadın piyada xəstəxanada ölüb. 

"Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini Fariz Xəlilov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və onun nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq vəziyyəti ağır olan Ətifə Kəlbəliyeva orada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.


***9:21

Sumqayıt. 20 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində yük avtomobili nənə və onun nəvəsini vurub. 

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhərin 43-cü məhəlləsinin ərazisində qeydə alınıb.

Belə ki, "Ford" markalı yük maşını yolu keçmək istəyən Ətifə Kəlbəliyevanı və onun nəvəsi, 6 yaşlı Röyal Kəlbəliyevi vurub.

Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, Ə.Kəlbəliyevanın vəziyyəti ağır olaraq qalır: "Avtoqəza nəticəsində xəsarət almış Ətifə Kəlbəliyeva və Röyal Kəlbəliyev ağır vəziyytədə xəstəxanaya çatdırlıb. Hər iki xəstəyə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. Ətifə Kəlbəliyevanın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstə Röyal Kəlbəliyevin vəziyyəti normaldır".

Son xəbərlər

Orphus sistemi