Sumqayıtda yol qəzası olub, xəsarət alanlar var

Sumqayıtda yol qəzası olub, xəsarət alanlar var Sumqayıt. 26 iyun. REPORT.AZ/ Sumqayıtda iki minik avtomobili toqquşub.
Hadisə
26 İyun , 2018 18:18
Sumqayıtda yol qəzası olub, xəsarət alanlar var
Foto: "Report"

Sumqayıt. 26 iyun. REPORT.AZ/ Sumqayıtda iki minik avtomobili toqquşub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində baş verib.

Qəza nəticəsində 1955-ci il təvəllüdlü Məmmədov Əlikərəm Həbib oğlu, onunla eyni avtomobildə olan oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Azər Əlikərəm oğlu və qardaşı oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Əlislam oğlu ağır xəsarətlər alıblar.

Hər 3 yaralı xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi