Sumqayıtda yol qəzası olub, xəsarət alanlar var

Sumqayıtda yol qəzası olub, xəsarət alanlar var Sumqayıtda yol qəzası baş verib
Hadisə
18 Aprel , 2021 08:29
Sumqayıtda yol qəzası olub, xəsarət alanlar var

Sumqayıtda yol qəzası baş verib.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ-Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi