Sumqayıtda yol qəzası ilə bağlı xəstəxanaya gələn şəxslər həkimi döyüblər

Sumqayıtda yol qəzası ilə bağlı xəstəxanaya gələn şəxslər həkimi döyüblər Polis əməkdaşları həmin şəxsləri saxlayaraq məsuliyyətə cəlb edib
Hadisə
10 Mart , 2018 21:48
Sumqayıtda yol qəzası ilə bağlı xəstəxanaya gələn şəxslər həkimi döyüblər

Sumqayıt. 10 mart. REPORT.AZ/ Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkimi iş başında döyülüb.

"Report"un yerli bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi ilə bağlı xəstəxanaya gətirilən 1954-cü il təvəllüdlü Qasımov Kərim Qasım oğlu və adı hələ ki, bilinməyən oğlu ilə birlikdə həkim-travmatoloq Rza Rzayevə hücum edib.

Əlbəyaxa dava zamanı həkim möhkəm döyülüb.

Dərhal hadisə yerinə gələn polis əməkdaşları həkimə hücum çəkən şəxsləri saxlayaraq məsuliyyətə cəlb edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi