Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var

Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var Qəza zamanı 4 qadın xəsarət alıb
Hadisə
18 Fevral , 2018 12:15
Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var

Sumqayıt. 18 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ağır yaralanıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Belə ki, Bakı-Quba yolunun qəsəbə ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan 4 qadın - 1977-ci il təvəllüddlü Kəmalə Hacıbala qızı Baxışova, 1980-ci il təvəllüdlü Səbinə Məzahir qızı Həsənova, 1984-cü il təvəllüdlü Aynurə Teymur qızı Hətəmova, 1984-cü il təvəllüdlü Gülüstan Novruz qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıblar. İlkin müayinə olunan yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi