Sumqayıtda yol kənarında top mərmisi tapıldı

Sumqayıtda yol kənarında top mərmisi tapıldı Aprelin 10-u saat 10:11-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 34 ünvanında yolun kənarında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Hadisə
10 Aprel , 2020 15:07
Sumqayıtda yol kənarında top mərmisi tapıldı

Aprelin 10-u saat 10:11-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 34 ünvanında yolun kənarında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (O-415) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi