Sumqayıtda yeniyetmə 42 min manatlıq oğurluq edib

Sumqayıtda yeniyetmə 42 min manatlıq oğurluq edib Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib
Hadisə
19 Fevral , 2021 13:13
Sumqayıtda yeniyetmə 42 min manatlıq oğurluq edib

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən avtoservis mağazalarının birində qeydə alınıb.

Belə ki, naməlum şəxs mağazanın qapısını vintaçanla açaraq içəri daxil olub. O, içəridən 1 174 manat pul götürərək oranı tərk etmək istəyib. Bu zaman mağazada olan gözətçi onun qarşısını kəsib. Oğurluğa girən şəxs gözətçiyə zor-tətbiq edərək mağazadan uzaqlaşıb.

Daha sonra həmin şəxs Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, avtoservis mağazasından oğurluq edən şəxs əvvəllər məhkum edilmiş yeniyetmədir.

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda şəhər ərazisində silsilə oğurluq törərtdiyi də məlum olub.

Belə ki, yeniyetmə 14 oğurluq faktı üzrə vətəndaşlara ümumilikdə 42 min 395 manat maddi ziyan vurub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi