FHN Sumqayıtda yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Sumqayıtda yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib.
Hadisə
24 Sentyabr , 2024 23:51
FHN Sumqayıtda yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd elektrik açarı, 1 ədəd su sayğacı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

22:20

Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib.

Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 4-cü mikrorayonda qeydə alınıb.

Əraziyə FHN-in əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi