Sumqayıtda yanğında zəhərlənən ana və övladları evə buraxılıb - YENİLƏNİB
- 01 fevral, 2024
- 07:18
Fevralın 1-də saat 05:01 radələrində Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində baş verən yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb edilib.
Bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində 3 nəfər hospitalizasiya olunub.
Digər qazların toksiki təsiri diaqnozu ilə 1996-cı il təvəllüdlü (qadın cinsli) şəxs Təcili Tibbi Yardım Xəstəxanasına, 2015 və 2018-ci il təvəllüdlü (kişi cinsli) azyaşlılar isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.
Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
08:30
Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərlənib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib.
Belə ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Nəticədə 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızı və onun iki övladı - 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad İbrahim oğlu və 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.