Yuxarı
    Bağlamaq

    ​Sumqayıtda yanğın baş verib

    Sexin dam örtüyü, spirt çəni, 3 ədəd spirt istehsalı dəzgahı və tibbi ləvazimatlar yanıb

    Bakı. 21 May. REPORT.AZ/ Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

    "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan tibbi spirt istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində 3 boş 1 dolu olan 6 kub.m spirt çəni, 3 ədəd spirt istehsalı dəzgahı və tibbi ləvazimatlar yanıb.

    Yaxınlıqdakı taxta sexi yanğından mühafizə olunub. 

    Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi