Sumqayıtda vaqon yanıb, ev sahibi və qızı xəsarət alıb

Hadisə
  • 09 noyabr, 2017
  • 06:13
Sumqayıtda vaqon yanıb, ev sahibi və qızı xəsarət alıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

FHN-dən “Report”a daxil olan məlumata görə, yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.