Sumqayıtda usta dördüncü mərtəbədən yıxılaraq ölüb

Sumqayıtda usta dördüncü mərtəbədən yıxılaraq ölüb Sumqayıt. 16 may. REPORT.AZ/ Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb.
Hadisə
16 May , 2018 18:32
Sumqayıtda usta dördüncü mərtəbədən yıxılaraq ölüb

Sumqayıt. 16 may. REPORT.AZ/ Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Meyit Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi