Sumqayıtda şirkət əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıtda şirkət əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb ​Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Mart , 2016 13:18
Sumqayıtda şirkət əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 14 mart. REPORt.AZ/ Sumqayıtda şirkət əməkdaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, hadisə martın 13-də H.Zeynalabidin qəsəbəsində yerləşən "AzərTexnoline" MMC-də baş verib. Həmin şirkətdə çalışan Sumqayıt şəhər sakini Füzuli Kərimovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi