Yuxarı
    Bağlamaq

    Sumqayıtda siqaretə görə cinayət törətmiş şəxsin cəzası azaldılıb

    Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

    Bakı. 28 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Emil Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, E.Quliyevin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 3 aya endirilib.

    İttiham aktına əsasən, hadisə 2016-cı il mayın 11-də Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən “İdeal” adlanan internet klubunda baş verib. Belə ki, E.Quliyev həmin internet kluba müştəri kimi gələrək, orada siqaret çəkmək üçün digər yanaşı otaqda Dadaş Rauf oğlu Qənizadəyə məxsus stolun üzərinə qoyulan siqaret qutusunu ondan icazəsiz götürüb. Buna görə hər iki şəxsin aralarında mübahisə yaranıb. Mübahisə kənar şəxslərin müdaxiləsi ilə sakitləşdirilib. O, daha sonra yaxınlıqdakı mağazaların birinə gedərək oradan siqatet alıb, internet klubda D.Qənizadəyə uzadıb. E.Quliyev "götürün çəkin, mən sənin kimi deyiləm" deyib. Bu sözlərdən sonra hər iki şəxs arasında yenidən mübahisə baş verib. O, D.Qənizadəni yumruqlayaraq yerə yıxıb. Həmin vaxt onları D.Qənizadənin dostu Elman Quliyev və digər şəxslərin müdaxiləsi nəticəsində ayırıblar, E.Quliyev çölə çıxıb. Klubun qarşısında olan zaman Elman Quliyev Emil Quliyevə mübahisəni aydınlaşdırmaq üçün yaxınlaşıb. Burada da mübahisə baş verib, nəticədə Emil Quliyev bıçaqla Elman Quliyevin bədəninin müxtəlif nahiyələrindən vurub.

    O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan) maddələri ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi