Sumqayıtda sexdə yanğın oldu, tüstüdən zəhərlənən var - YENİLƏNİB

Sumqayıtda sexdə yanğın oldu, tüstüdən zəhərlənən var - YENİLƏNİB Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan süngər sexinin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb.
Hadisə
25 Fevral , 2020 17:14
Sumqayıtda sexdə yanğın oldu, tüstüdən zəhərlənən var - YENİLƏNİB
Report/Elchin Murad

Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan süngər sexinin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. 

Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


*** 16:11

Sumqayıt şəhərində sexdə yanğın baş verib. 

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə H.Z.Tağıyev qəsəbəsdində yerləşən sexlərdən birində baş verib. 

Yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər şöbəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

Yanğın söndürülüb. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənib və xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi