Sumqayıtda sexdəki yanğının təfərrüatları məlum olub - YENİLƏNİB-2

Hadisə
  • 13 oktyabr, 2022
  • 18:52
Sumqayıtda sexdəki yanğının təfərrüatları məlum olub - YENİLƏNİB-2

Sumqayıtda sexdə baş verən yanğının təfərrüatları məlum olub.

FHN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şəhərin, 41-ci məhəllə, Çerkassi küçəsi, 34 ünvanında yerləşən şüşə sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 500m² olan şüşə emalı sexinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 600 m² olan şüşə qabları istehsalı sexinin yanar konstruksiyaları 80 m² sahədə, içərisində olan soba yanıb. 

Sexin qalan hissəsi, bitişik anbar və talvar yanğından mühafizə olunub.

22:00

Sumqayıtda sexdə baş vermiş yanğın söndürülüb.

Bu barədə "Report"a FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.

Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Əlavə məlumat veriləcək.

20:33

Sumqayıtda sexdə yanğın başlayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Sumqayıtda sexdəki yanğının təfərrüatları məlum olub - YENİLƏNİB-2