Sumqayıtda “sevmirəm” cavabına görə qızı öldürən şəxs apellyasiya şikayəti verib

Sumqayıtda “sevmirəm” cavabına görə qızı öldürən şəxs apellyasiya şikayəti verib İşə hakim Fərmayıl Zeynallının sədrliyi ilə baxılacaq
Hadisə
3 Fevral , 2017 16:25
Sumqayıtda “sevmirəm” cavabına görə qızı öldürən şəxs apellyasiya şikayəti verib

Bakı. 3 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən Cəfər Ağayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 7-nə təyin edilib.

İşə hakim Fərmayıl Zeynallının sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, qətl hadisəsi 2016-ci ilin yanvar ayının 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. C.Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbəsi endirərək onu qətlə yetirilib. Hadisə yerindən qaçan C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Əvvəllərdə məhkumluq həyatı yaşayan C.Ağayev qətli törətməsinə səbəb kimi mərhumun onu sevməməsini göstərib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi