Sumqayıtda sevgilisini bıçaqlayan şəxs azadlığa buraxılıb

Sumqayıtda sevgilisini bıçaqlayan şəxs azadlığa buraxılıb Sumqayıt Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Turan Əzizlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
16 Aprel , 2019 13:01
Sumqayıtda sevgilisini bıçaqlayan şəxs azadlığa buraxılıb

Sumqayıt Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Turan Əzizlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Əzizlinin şikayəti təmin edilib, ona şərti cəza verilib. T.Əzizli azadlığa buraxılıb.

İttiham aktına əsasən, hadisə 2017-ci ilin sentyabr ayının 5-də Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən 17A saylı binanın qarşısında baş verib. T.Əzizli həmin ərazidə əvvəllər qeyri-rəsmi nigahda yaşamış S.Əhlimanova ilə mübahisə edib. Qadın onun valideynlərinin ünvanına nalayiq söyüşlər söyüb. Bu zaman T.Əzizli gəzdirdiyi bıçaqla 3 dəfə S.Əhlimanovaya zərbə endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əzizli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi