Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın Sumqayıt şəhərində bir nəfər yanaraq dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, 42-ci məhəllə ərazisində yerləşən yarımtikilidə şəhər sakini, əvvəllər məhkum olunan Afər Əmrahov sərxoş halda yandırdığı ocaqdan aldığı yanıq xəsarətindən ölüb.
Faktla bağlı araşdırma aparılır.