Sumqayıtda sərnişin taksi sürücüsünə qarşı soyğunçuluq etdi

Sumqayıtda sərnişin taksi sürücüsünə qarşı soyğunçuluq etdi Sumqayıtda soyğunçuluq hadisəsi baş verib.
Hadisə
15 Sentyabr , 2020 13:34
Sumqayıtda sərnişin taksi sürücüsünə qarşı soyğunçuluq etdi

Sumqayıtda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov sentyabrın 10-da Kimyaçılar qəsəbəsi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobilə sərnişin qismində oturan bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi