Sumqayıtda qəzaya uğrayan mikroavtobus "Embawood" şirkətinə məxsusdur

Sumqayıtda qəzaya uğrayan mikroavtobus "Embawood" şirkətinə məxsusdur Qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub
Hadisə
197
17 Sentyabr , 2015 10:58
Sumqayıtda qəzaya uğrayan mikroavtobus Embawood şirkətinə məxsusdur

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.

Məlumata görə, mikroavtobus "Embawood" şirkətinə məxsusdur: "Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan bu tipli avtomobillər heç bir standartlara cavab vermir, avtomobillərin texniki vəziyyəti, sərnişindaşımaya uyğunluğu barədə heç bir sertifikatı da yoxdur".

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər ölüb, 10-u isə ağır yaralanıb. 

Son xəbərlər

Orphus sistemi