Sumqayıtda qanunsuz hasarlamanın qarşısı alınıb

Sumqayıtda qanunsuz hasarlamanın qarşısı alınıb Sumqayıtda qanunsuz hasarlamanın qarşısı alınıb.
Hadisə
30 may 2024 09:06
Sumqayıtda qanunsuz hasarlamanın qarşısı alınıb

Sumqayıtda qanunsuz hasarlamanın qarşısı alınıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Sumqayıt şəhərinin 9-cu və 13-cü mikrorayonlarının kəsişməsində fəaliyyət göstərən obyektin qarşısında müvafiq icazəverici sənədləri olmadan qanunsuz hasarlama işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş hasar sökülüb.

Orphus sistemi