Yuxarı

Sumqayıtda qadınları cinsi istismara məruz qoyan şəxs tutulub

O, qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı üzrə axtarışda olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Sumqayıtda qadınları cinsi istismara məruz qoyan şəxs tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, Sumqayıt şəhər sakini Aisə Əlizadənin bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə o tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi