Sumqayıtda qadını maşın vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıtda qadını maşın vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt. 30 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobilin vurduğu qadın piyada xəstəxanada ölüb.
Hadisə
30 Sentyabr , 2018 13:53
Sumqayıtda qadını maşın vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt. 30 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobilin vurduğu qadın piyada xəstəxanada ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, Elçin Allahverdiyev idarə etdiyi "RAV4" markalı, "10-LU-121" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman  yolu keçmək istəyən S.İbrahimovanı vurub. 

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Hadisəni törədən sürücü E.Allahverdiyev məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



***9:24

Sumqayıt. 30 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində qadın piyadanı maşın vurub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonu ərazisində baş verib.

Belə ki, yolu keçmək istəyən yerli sakin, 1959-cu il təvəllüdlü brahimova Sevil Əhmədağa qızını avtomobil vurub.

Hadisə nəticəsində qadın ağır bədən xəsarətləri alıb. Yaralı sürücü tərəfindən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi