Sumqayıtda qadın həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb

Sumqayıtda qadın həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb Kişi saxsı qabla qadının başını yarıb
Hadisə
18 yanvar 2018 20:54
Sumqayıtda qadın həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb

Sumqayıt. 19 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində ailə münaqişəsi zəminində kişi öz həyat yoldaşını döyərək bıçaqlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Vəliyeva Ulduz Nazim qızı yaşadığı ünvanda vəhişəcəsinə döyülərək bıçaqlanıb. Zərərçəkmişin dediyinə görə, hadisəni onun həyat yoldaşı törədib. Kişi əvvəlcə saxsı qabla qadının başını yarıb, ardınca onu sağ qolundan bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi