Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqlayıb - YENİLƏNİB

Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqlayıb - YENİLƏNİB Sumqayıt. 21 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 46 yaşlı qadın özünü bıçaqlayaraq intihara cəhd edib. 
Hadisə
21 Fevral , 2018 14:19
Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqlayıb - YENİLƏNİB

Sumqayıt. 21 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 46 yaşlı qadın özünü bıçaqlayaraq intihara cəhd edib. 

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin Qurd dərəsi bağlar massivində yaşayan 1972-ci il təvəllüdlü Rəhilə Qurbanova özünə bıçaqla çoxsaylı xəsarətlər yetirərək intihara cəhd edib. Yaralı qadın oğlundan şikayətçi olduğunu və ona görə intihara cəhd etdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.


***13:51

Sumqayıt. 21 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində orta yaşlı qadın çoxsaylıbıçaq xəsarəti alıb. 

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Qurd dərəsi bağlar massivində baş verib.

Belə ki, həmin ünvanda yaşayan hələlik adı məlum olmayan qadın qarın nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı qadın qohumlarının köməkliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 


Son xəbərlər

Orphus sistemi