Yuxarı

Sumqayıtda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat həyata keçirilib - FOTO

Şübhəli şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkib-becərdiyini bildirib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin satışını həyata keçirən şəxs zərərsizləşdirilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında Kotec qəsəbə sakini, Vüqar Nəcəfovun yaşadığı evin həyətyanı sahəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

Baxış zamanı xüsusi aqrotexniki qaydada əkilərək qulluq edilən ümumi çəkisi 42 kiloqram olan 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq V.Nəcəfovun yaşadığı mənzilin ayrı-ayrı yerlərində gizlətdiyi 3 kiloqram 70 qram həşiş və 3 kiloqram 500 qram qurudulmuş marixuana da aşkar edilib.

V.Nəcəfov ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkib-becərdiyini bildirib.

Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi