Sumqayıtda bıçaqlanan şəxslərin vəziyyəti məlum olub – YENİLƏNİB-2
- 12 may, 2025
- 23:22
Sumqayıtda bıçaqlanan şəxslərin vəziyyəti məlum olub.
Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib
Qeyd olunub ki, 2 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bud çanaq oynağı və bud nahiyəsinin açıq yarası diaqnozu təyin edilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən digər şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.
22:31
Sumqayıt şəhərində iki qohuma bıçaqla xəsarət yetirmiş şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
“Report”un yerli bürosunun əldə etdiyi məlumata görə, Sumqayıt şəhərində iki nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı R.Şərifov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
21:38
Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
Naməlum şəxs aralarında baş vermiş münaqişə zəminində Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.