Sumqayıtda naməlum kişi meyiti aşkarlanıb

Hadisə
  • 05 oktyabr, 2021
  • 06:54
Sumqayıtda naməlum kişi meyiti aşkarlanıb

Sumqayıt şəhəri Novxanı bağlar massivində 60-70 yaşlarında boyu 163 santimetr olan naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aparılan ilkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb.

Şəxsiyyəti istintaqa məlum olmayan şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə (012) 654-02-022 və (055-730-85-77) nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

44 filmi