Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Hadisə
  • 28 mart, 2022
  • 09:42
Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıtda mənzildən qadın meyiti tapılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Seyfullayeva Rəhilə Xanoğlan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.