Sumqayıtda mənzildən oğurluq edən qadın tutulub

Sumqayıtda mənzildən oğurluq edən qadın tutulub Çiçək Xəbərova oktyabrın 23-də Salisat Əliyevanın evindən 2000 manat və 1 ədəd qızıl üzük oğurlayıb
Hadisə
26 Oktyabr , 2015 12:48
Sumqayıtda mənzildən oğurluq edən qadın tutulub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Sumqayıtda mənzildən oğurluq edən qadın tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq edən Çiçək Xəbərova saxlanılıb.

O, oktyabrın 23-də Salisat Əliyevanın evindən 2000 manat və 1 ədəd qızıl üzük oğurlayıb. Ç.Xəbərova İnşaatçılar qəsəbəsinin sakinidir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi