Sumqayıtda mənzildən kişi meyiti tapılıb - YENİLƏNİB

Sumqayıtda mənzildən kişi meyiti tapılıb - YENİLƏNİB Sumqayıt şəhərində yaşadığı mənzildən meyiti tapılan şəxsin kimliyi məlum olub.
Hadisə
7 Sentyabr , 2019 01:17
Sumqayıtda mənzildən kişi meyiti tapılıb - YENİLƏNİB

Sumqayıt şəhərində yaşadığı mənzildən meyiti tapılan şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada 1958-ci il təvəllüdlü Uzbekov Slavikin meyitini aşkar ediblər.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 


*** 00:29

Sumqayıt şəhərində mənzildən naməlum kişi meyiti tapılıb. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və FHN-in üsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 


Son xəbərlər

Orphus sistemi