Sumqayıtda məktəblini maşın vurub

Sumqayıtda məktəblini maşın vurub Sumqayıt. 14 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 16 yaşlı məktəbli qızı maşın vurub.
Hadisə
14 İyun , 2018 17:41
Sumqayıtda məktəblini maşın vurub
0 : 00
0 : 00

Sumqayıt. 14 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 16 yaşlı məktəbli qızı maşın vurub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Günel Ceyhun qızı Sadıxovanı yolu keçərkən naməlum avtomobil vurub. O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə G.Sadıxova repititor yanından gələn zaman baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi