Sumqayıtda mebel mağazasından 3 min manatlıq oğurluq edildi

Sumqayıtda mebel mağazasından 3 min manatlıq oğurluq edildi Sumqayıtdamebel mağazasında oğurluq hadisəsi baş verib.
Hadisə
25 Avqust , 2020 11:59
Sumqayıtda mebel mağazasından 3 min manatlıq oğurluq edildi

Sumqayıtda mebel mağazasında oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mebel mağazalarının birindən 2 700 manat, bir dəmir qapı sexindən isə 400 manat pul oğurlamaqda  şübhəli bilinən Sumqayıt sakini H.Nurəliyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi