Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb

Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb.
Hadisə
16 Oktyabr , 2019 11:40
Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb

Sumqayıtda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - M.CəfərovŞ.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi