Sumqayıtda keçmiş məhkum həmyerlisini qətlə yetirib - YENİLƏNİB

Sumqayıtda keçmiş məhkum həmyerlisini qətlə yetirib - YENİLƏNİB Sumqayıt. 9 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində qətlə yetirilən və hadisəni törədən şəxsin adı məlum olub.
Hadisə
9 Noyabr , 2018 12:16
Sumqayıtda keçmiş məhkum həmyerlisini qətlə yetirib - YENİLƏNİB

Sumqayıt. 9 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində qətlə yetirilən və hadisəni törədən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini Daşqın Hüseynovun ölümü ilə bağlı  ilə bağlı polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.

Faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


***10:23

Sumqayıt. 9 noyabr. REPORT.AZ/ Sumqayıt şəhər sakini qətlə yetirilib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 21-ci məhəllə ərazisində baş verib.

Belə ki, hələlik adı məlum olmayan şəhər sakini koma vəziyyətində Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxansına və orada dünyasını dəyişib.

İlkin məlumata görə, ölən şəxs yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə edib və döyülüb.

Faktla bağlı araşdırmalara başlanılılb. 

Son xəbərlər

Orphus sistemi