Sumqayıtda keçmiş məhbus söyüşə görə tanışını qətlə yetirib

Sumqayıtda keçmiş məhbus söyüşə görə tanışını qətlə yetirib Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanıb
Hadisə
9 Fevral , 2017 10:53
Sumqayıtda keçmiş məhbus söyüşə görə tanışını qətlə yetirib

Bakı. 9 fevral. REPORT.AZ/ Sumqayıtda keçmiş məhbus "ana söyüşünə" görə tanışını qətlə yetirib.

"Report"un xəbərinə görə, hadisə Corat qəsəbəsində baş verib. 

Belə ki, 34 yaşlı Hətəmov Ramiz Yunis oğlu tanışı, 45 yaşlı Quliyev Rüfət Salman oğlunun yaşadığı evə qonaq gedib. Daha sonra qonaqla ev sahibi arasında mübahisə düşüb. R.Hətəmov nalayiq söyüşlərlə R.Quliyevi təhqir edib. Bundan sonra R.Quliyev evdəki balta ilə R.Hətəmovun baş nahiyyəsinə zərbə vuraraq onu qətlə yetirib. 

R.Quliyev könüllü olaraq polisə təslim olub. 

Qeyd edək ki, R.Quliyev əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi