Sumqayıtda kanalizasiya borusunun partlaması nəticəsində avtomobil yolu çöküb - VİDEO

Sumqayıtda kanalizasiya borusunun partlaması nəticəsində avtomobil yolu çöküb - VİDEO Sumqayıt. 23 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində kanalizasiya borusunun partlaması nəticəsində magistral avtomobil yolu çöküb.
Hadisə
23 Avqust , 2018 00:22
Sumqayıtda kanalizasiya borusunun partlaması nəticəsində avtomobil yolu çöküb - VİDEO

Sumqayıt. 23 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində kanalizasiya borusunun partlaması nəticəsində magistral avtomobil yolu çöküb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin 20-ci məhəlləsi, Kamran Hüseynov küçəsində baş verib.

Sumqayıt Su Kanalı İdarəsinin rəisi Darvin Hüseynov "Report"a açıqlamasında bildirib ki, hazırda həmin istiqamətdə avtomobillərin hərəkəti dayanıb və alternativ yoldan istifadə edilir. Aidiyyəti qurumlar əraziyə baxış keçirib. Çökmənin əsas səbəbi kimi magistral yolun altından keçən və 1950-ci ildə istismara verilmiş kanalizasiya xəttinin partlaması göstərilir.

Qeyd edək ki, həmin ərazidə yolun çökməsi ilk dəfə deyil.

Son xəbərlər

Orphus sistemi