Sumqayıtda itkin düşən uşaq tapılıb - YENİLƏNİB

Sumqayıtda itkin düşən uşaq tapılıb - YENİLƏNİB Sumqayıtda itkin düşən uşaq tapılıb.
Hadisə
27 Avqust , 2019 20:38
Sumqayıtda itkin düşən uşaq tapılıb - YENİLƏNİB

Sumqayıtda itkin düşən uşaq tapılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu yaşadığı binanın həyətindən çıxaraq digər binanın qarşısına keçib. Sonra yolu itirdiyindən başqa binaların həyətinə gəlib.

Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriləndən sonra uşaq tapılaraq ailəsinə təhvil verilib.


*** 19:32

Sumqayıtda 7 yaşlı uşaq itkin düşüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib

Belə ki, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu həyətdə oynadığı yerdən yoxa çıxıb. Yaxınları dərhal Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi