Sumqayıtda iti öldürən şəxs cərimələnib
Hadisə
- 18 iyul, 2024
- 14:04
Sumqayıtda sahibsiz iti öldürdüyünə görə, şəhər sakini Yavər Hüseynov cərimələnib.
“Report”un Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən yaydığı xəbərə görə, sosial şəbəkələrdə görüntülər yayıldıqdan sonra Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb və iti öldürən Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub.
Xidmət rəsmisi Asif Məcidov bildirib ki, protokol Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Sumqayıt regional ekologiya idarəsinə təqdim olunub və qanun pozucusu Y.Hüseynov barəsində cərimə qərarı çıxarılaraq o qanunamüvafiq qaydada cərimə edilib.
Son xəbərlər
03:42
Tramp ABŞ və Kanada arasında neft daşınması üçün yeni icazələri təsdiqləyib
Digər ölkələr03:15
ABŞ nüvə silahı istehsalını artırır
Digər ölkələr02:49
ABŞ-də benzinin qiyməti hələ iki ay yüksək olacaq
Energetika02:26
Netanyahu: İsrail və ABŞ-nin İranla bağlı məqsədləri eynidir
Digər ölkələr01:50
Boçorişvili: Gürcüstan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır
Region01:30
Foto
"Mən, Lalə, bir də Şerlok Holms 2" filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub
Mədəniyyət siyasəti01:25
Külevi limanı ilə bağlı sanksiya məsələsi gündəmdən çıxarılıb
Energetika01:02
Foto
"İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib
Mədəniyyət siyasəti00:57