Sumqayıtda iki uşaq anasını maşın vuraraq öldürüb

Sumqayıtda iki uşaq anasını maşın vuraraq öldürüb Sumqayıt. 21 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Sentyabr , 2018 16:25
Sumqayıtda iki uşaq anasını maşın vuraraq öldürüb
0 : 00
0 : 00

Sumqayıt. 21 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin "Şərq Bazarı" adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Aynaxanım İsabala qızı Rəhimovanı yolu keçərəkən avtomobil vurub. A.Rəhimova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə qadın uşaqlarını məktəbə aparıb qoyduqdan sonra baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi