Sumqayıtda iki nəfəri bıçaqlayan şəxsin cəzası azaldılıb

Sumqayıtda iki nəfəri bıçaqlayan şəxsin cəzası azaldılıb Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
16 Mart , 2017 09:38
Sumqayıtda iki nəfəri bıçaqlayan şəxsin cəzası azaldılıb

Bakı. 16 mart. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Rövşən Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, R.Səfərovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun əməli Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsindən CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqana zərər vurma) maddəsinə tövsif edilib. R.Səfərov CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Qeyd edək ki, hadisə 2016-ci ilin fevral ayının 16-da Sumqayıt şəhərindəki kafelərdən birində baş verib. Sumqayıt sakini R.Səfərov tanışı Emin Əhmədov və Pərvin Qarayevi bıçaqlayıb. Əvvəllər məhkum olunmuş R.Səfərov daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 8 il müddətində azadlıqdan məhrum edilmişdi.

Son xəbərlər

Orphus sistemi