Sumqayıtda hündür yerdən dənizə baş vuran kişi boynu qırılaraq ölüb

Sumqayıtda hündür yerdən dənizə baş vuran kişi boynu qırılaraq ölüb Sumqayıt. 12 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.
Hadisə
12 Oktyabr , 2018 00:45
Sumqayıtda hündür yerdən dənizə baş vuran kişi boynu qırılaraq ölüb

Sumqayıt. 12 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və "Damba" adlanan əraziyə gələrək suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticəsə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Hər 3 dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi