Sumqayıtda evdən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini broşura aşkarlanıb

Sumqayıtda evdən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini broşura aşkarlanıb Bakı. 7 iyul. REPORT.AZ/ Sumqayıtda evdən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.
Hadisə
7 İyul , 2018 12:12
Sumqayıtda evdən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini broşura aşkarlanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Sumqayıtda evdən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Mahir Əzizovun Sumqayıt şəhəri ərazisində kirayədə yaşadığı mənzildən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.

Dini broşura və CD disklər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi