Bakı. 22 Aprel. REPORT.AZ/ Gecə saatlarında Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının taxta üzlüyü, içərisindəki ərzaq malları və 1 ədəd kondisioner yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:58-da söndürülüb.