Sumqayıtda ər arvadını bıçaqlayıb

Hadisə
  • 30 yanvar, 2024
  • 06:59
Sumqayıtda ər arvadını bıçaqlayıb

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Abdullayev Vaqif Ağasəf oğlu aralarında baş vermiş münaqişə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Abdullayeva Könül Ələsən qızına bıçaqla xəsarət yetirib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.